“Donal Trampın ABŞ-da hakimiyyətə gəldikdən sonra həm özünün əvvəlcədən vəd etdiyi, eyni zamanda əsas prioritet məsələlərdən biri Rusiya-Ukrayna arasındakı müharibəni bitirmək və tərəflər arasında danışıqları başlatmaq məsələsidir. Bununla bağlı mediada yayımlanan məlumatlara görə, Tramp Ukrayna ilə danışıqlar aparıldığını bildirib. Eyni zamanda mətbuatdan gələn məlumatlara əsasən Rusiya ilə də danışıqlar gedir”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Polad Mehdiyev deyib.


O bildirib ki, Rusiya və Ukrayna davam edən müharibə nəticəsində böyük resurslar itiriblər: “Bu səbəbdən də hər iki tərəfin atəşkəsə ehtiyacı var və müharibənin bitməsində maraqlıdırlar. Lakin həqiqi mənada sülhün bağlanacağına ehtimal vermirəm. Hesab edirəm ki, iki ölkə arasında belə tezliklə sülh müqaviləsi bağlana bilməz. Çünki sülh müqaviləsi daha konseptual sənəddir və orada bütöv detallar öz həllini tapmalı, bununla bağlı razılığa gəlinməlidir. Sülh sazişinə perespektiv görmürəm, amma atəşkəs ola bilər.

Digər tərəfdən isə Zelenski müsahibəsində Ukraynanı NATO-ya üzv etmədikləri təqdirdə nüvə silahı ilə təmin etmələrini bildirib. Bu Ukraynanın təhlükəsizliyini təmin etmək məsələsidir. Çünki Ukraynanın təhlükəsizliyi təmin olunmazsa, hər zaman təhdidlərə açıq olacaq. Ukraynanın təhlükəsizliyi, həm də Avropanın təhlükəsizliyi deməkdir”.


Bənzər xəbərlər