İki zolaqlı yolun birini zəbt edən evakuatorlar, digər sürücülərin manevr imkanlarını məhdudlaşdırıb - VİDEO
Sumqayıtda əşya bazarının yaxınlığında evakuatorların dayanması nəqliyyat sıxlığına səbəb olub.
Patrulaz.az-a daxil olan məlumata görə, Sumqayıt şəhəri, Azərbaycan prospektində yerləşən əşya bazarının qarşısındakı iki zolaqlı yolda evakuatorların dayanması digər avtobillərin hərəkətinə mane olub.
Görüntülərdə açıq şəkildə görünür ki, evakuatorlar yolun bir zolağını zəbt edərək sürücülərin manevr imkanlarını məhdudlaşdırıb.
Qeyd edək ki, vəziyyətlə əlaqədar sözügedən yoldan istifadə edən sürücülər narazıdır.
Gülbəniz Səfərova