İlon Maskın süni intellektlə dizayn edilmiş, sükansız, pedalsız "Tesla"sı - FOTOLAR
“Tesla” şirkətinin baş direktoru, amerikalı iş adamı və milyarder İlon Mask yeni nəsil “Tesla” modeli olan pilotsuz avtomobili ictimaiyyətə təqdim edib.
Patrul.az sosial şəbəkələrdə yayılan fotolara istinadən xəbər verir ki, təqdim olunan avtomobildə sükan və pedal mövcud deyil. Model tamamilə proqram təminatı və süni intellekt əsasında dizayn olunub.
Yeni avtomobilin əsas fərqləndirici xüsusiyyəti insan müdaxiləsi olmadan hərəkət edə bilməsi və nəqliyyat prosesini tam avtonom şəkildə həyata keçirməsidir. Bu isə “Tesla”nın sürücüsüz nəqliyyat sahəsində iddialarını bir daha nümayiş etdirir.
Qeyd edək ki, modelin kütləvi istehsala nə vaxt buraxılacağı və hansı bazarlarda satışa çıxarılacağı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Gülbəniz Səfərova






