media-inshot_20250813_195048776

Texnologiya zirvələrə doğru irəlilədikcə robotlar həyatımızın bir parçasına çevrilir. Amma süni zəka nə qədər inkişaf etsə də, o da insanlar kimi səhvlər edə bilər. Üstəlik, bu səhvlər elə gülməli olur ki, izləyənləri də gülüş krizisinə salır. Maraqlısı odur ki, insanlara başqa şəxslərin etdiyi səhvlər deyil, yalnız robotların etmiş olduğu nöqsanlar gülməli gəlir. Robotlar nə qədər dəqiq və proqramlaşdırılmış olsalar da, etdikləri səhvləri ilə insanlara texnologiyanın hələ də öyrənmə mərhələsində olduğunu xatırladır.

Patrulaz.az-ın araşdırmasına əsasən, robotların ən gülməli səhvlərini təqdim edirik:

Pitsa çatdıran robotun yolunu itirməsi

media-inshot_20250813_193129353

ABŞ-də pitsa çatdırmaq üçün yaradılan robot GPS siqnalını itirir. Nəticədə caşqınlığa uğrayan robot sifarişi müştəriyə deyil, parkda olan dələlərə verir. Bu maraqlı hadisədən sonra sosial şəbəkələrdə “dələlərə xidmət edən robot” trendə çevrilir.

Özünü yuyan, amma suyu otağa tökən süpürgə robotu

media-inshot_20250813_193503864

Ev robotları həyatımızı asanlaşdırmaq üçün nəzərdə tutulub. Amma bir model səhv kodlama nəticəsində evi təmizləyərkən suyu parketin üstünə deyil, yatağın altına püskürdüb. Nəticədə ev islanaraq sahiblərini əsəbləşdirib.

İnsanla zarafatlaşan humanoid robot

media-inshot_20250813_193616090

Yaponiyada sərgi zamanı humanoid robotlarından biri qonağın əlini sıxmaq əvəzinə anidən cibindən telefonunu çıxarıb selfie çəkməyə başlayıb. Bu maraqlı hadisə ilə bağlı proqramçılar bildirib ki, robot sosiallaşma əmrinə ən populyar trend olaraq selfi ilə cavab verib.

Futbol oynayan robotun öz qapısına qol vurması

media-inshot_20250813_193717772

Robot futbol turnirində bir komanda robotu təhlükəni uzaqlaşdırmaq əvəzinə topu yanlışlıqla öz qapısına vurub. Bu kifayətlənməyərək, o sonra alqoritm təlimatına uyğun olaraq sevinməyə başlayıb. Bu görüntülər internetdə “öz qapısına qol vurub bayram edən ilk oyunçu” kimi yayılıb.

Restoranda yemək gətirən robotun özünü itirməsi

media-inshot_20250813_193925177

Çin restoranında işləyən robot müştəriyə yemək gətirərkən onunla söhbət etməyə başlayıb. Amma ona verilmiş təlimatda dayanmaq əmri olmayıb. Buna baxmayaraq, robot müştəri ilə saatlarla masa arxasında əyləşərək söhbətləşib.

Göründüyü kimi, müasir dövrdə insan əli ilə yaradılmış robotlar gülməli səhvlərə yol versə də, gələcəkdə onların faciəyə səbəb ola biləcək xətaları da istisna edilmir. Hər nə qədər inkişaf etmiş olsa da, texnologiyaya tam etibar etmək olmaz. İnsanların buraxdığı səhvlərlə baş verən qəzaların bənzərini süni intellekt və digər müasir texnologiyalar da yarada bilər. Buna görə də süni intellektdən və ümumilikdə yeni texnologiyalardan ehtiyatla istifadə etmək daha məqsədəuyğundur.


Bənzər xəbərlər