media-retouch_2025072515235950

“Heç yalan danışmayan insan varmı?” Bu sual ətrafında müxtəlif debatlar gedə bilər, amma elmin cavabı birmənalıdır: yalan danışmaq insan təbiətinin bir hissəsidir. Məsələ, kiminsə bu vərdişi nə qədər tez-tez, nə məqsədlə və necə istifadə etməsindədir. Bəs insan yalan danışarkən beyni nələr yaşayır? Bu prosesi müşahidə etməyin elmi yolu varmı?

Patrulaz.az mövzu ilə bağlı araşdırma edib.

Beyində siqnallar dəyişir

media-inshot_20250725_151046147

Araşdırmalar göstərir ki, yalan danışmaq sadəcə bir dildə uydurma cümlələr qurmaqdan ibarət deyil – bu, beyin üçün çox daha mürəkkəb bir prosesdir. London Universitet Kollecində aparılan bir tədqiqatda sübut olunub ki, insan beyni yalan danışarkən “amigdala” adlı hissədə müəyyən reaksiya yaranır. Bu hissə emosiya və qorxu ilə əlaqəlidir və yalan danışarkən vicdanla bağlı daxili siqnallar buradan idarə olunur.

Beynin “stress” zonasına təzyiq artır

media-stres-haber

Əslində yalan danışmaq beyni “sakit buraxmır”. Məsələn, funksional maqnit-rezonans tomoqrafiyası (fMRI) vasitəsilə aparılan testlər göstərir ki, ön alın payı, yəni qərarvermə və nəzarət funksiyalarını icra edən sahə  yalan söylənərkən normaldan daha çox işləyir. Bu da onu göstərir ki, insan beyni yalanı planlamaq, detallar uydurmaq və bunu gizlətmək üçün ciddi enerji sərf edir.

Yalanı təkrarladıqca beyin “öyrəşir”

media-inshot_20250725_151431175

Bəlkə də ən narahatedici fakt budur: Yalan söyləmə təkrarlandıqca beyin bu vəziyyətə adaptasiya olur. Yəni, əvvəlcə yalan danışdıqda beynin “vicdan alarmı” çalırsa da, zaman keçdikcə bu siqnal zəifləyir. Bu, bəzi insanların necə rahat şəkildə yalan danışa bildiyini izah edir.

Bədən dili və mikromimika da dəyişir

media-inshot_20250725_151515538

Elə bədənin özü də yalanı gizlətməkdə acizdir. Yalan danışan insanın mikro ifadələri, göz hərəkətləri, səs tonundakı dəyişikliklər və hətta qol hərəkətləri belə bu prosesi ələ verir. Tədqiqatçılar deyir ki, insan nə qədər ağıllı yalan danışsa da, bədəni bir şəkildə həqiqəti açığa çıxarır.

Niyə yalan danışırıq?

media-inshot_20250725_151619944

Psixoloqların fikrincə, insanlar çox zaman qorunmaq, vəziyyətdən qaçmaq və ya imiclərini qorumaq üçün yalan danışırlar. Bəziləri üçün bu, sosial strategiya kimi görünür, digərləri üçün isə şəxsiyyətin dərin bir problemidir.

Beyin gizlətməyə çalışsa da, həqiqət həmişə haradadırsa, bir yol tapıb üzə çıxır

Elm yalanı anlamağa çalışsa da, bu vərdiş hələ də cəmiyyət içində normal, hətta bəzən “zəruri” sayılır. Amma beyin bizi “səssizcə” müşahidə edir. Hər yalan, onun içində bir iz buraxır, istər vicdanda, istərsə də neyronlarda…

Ləman Sərraf


Bənzər xəbərlər