İnsan böyüklüyündə kukla sərvət qiymətinə satıldı - FOTOLAR
Çinin paytaxtı Pekində keçirilən satış tədbirində insan ölçüsündə olan “Labubu” adlı kukla rekord məbləğə – 150 min dollardan baha qiymətə satılıb.
Patrulaz.az “BBC”yə istinadən xəbər verir ki, bu satış onu dünyanın ən bahalı oyuncaqlarından birinə çevirib.
Çinin nüfuzlu Yongle Beynəlxalq Auksion Evi tərəfindən təşkil olunan tədbirdə 131 sm (4 fut 4 düym) hündürlüyündə olan böyük “Labubu” kuklası 150,324 dollara satılıb.
Ümumilikdə 200 iştirakçının qatıldığı satış tədbirində 48 fərqli “Labubu” məhsulu satışa çıxarılıb və cəmi 3,37 milyon yuan gəlir əldə olunub.
Satışla bağlı tədbirin nümayəndəsi bildirib ki, bu, sadəcə oyuncaq deyil, kolleksiyaçılar üçün nadir bir sənət nümunəsidir. “Labubu” oyuncağının bu qiymətə satılması onun qlobal populyarlığını sübüt etdi.
Məlumata görə, “Labubu” oyuncaqları xüsusilə, son illərdə məşhur simaların diqqətini çəkməyi bacarıb. Cənubi Koreyanın qızlardan ibarət məşhur musiqi qrupu olan “Blackpink” üzvüləridən Liza, Rihanna, Dua Lipa və Devid Bekhem kimi ulduzların bu fiqurları sosial şəbəkələrdə paylaşması kuklaları viral trendə çevrilib.
Qeyd edək ki, Labubu personajları Honq-Konqlu sənətçi Kasing Lung tərəfindən təxminən on il əvvəl yaradılıb. Qəribə, amma diqqətçəkən canavar görünüşlü bu kuklalar, “Pop Mart” şirkəti tərəfindən istehsal olunur və gündəlik satış qiyməti 7 dollar civarındadır.
Gülbəniz Səfərova







