İnsan dərisindən düzəldildiyi ehtimal edilən bu oyuncaq ayı panikaya səbəb oldu
Kaliforniyanın Victorville şəhərində iyulun 13-də mağaza qarşısında tapılan və insan dərisindən hazırlanmış kimi görünən oyuncaq ayı polisin araşdırmasına səbəb olub.
Patrulaz.az “Yahoo”ya istinadla xəbər verir ki, sonradan məlum olub ki, ayı sadəcə zarafat məqsədilə hazırlanmış lateks materialdan ibarətdir. Onun müəllifi, Cənubi Karolinadan sənətçi Robert Kelly bildirib ki, bu ayını özü düzəldib və bir müştəriyə göndərib:
“Biz saxta insan dərisinə bənzər rekvizitlər hazırlayırıq. Bu da onlardan biridir”,- deyə o bildirib.
Polis araşdırmanı davam etdirir, qanun pozuntusuna dair rəsmi məlumat yoxdur.
Qeyd edək ki, bu qəribə görünüşlü oyuncaq ayı hazırda 165 dollara onlayn satılır. Bu tip əşyalar qorxu filmləri və tədbirlər üçün hazırlanır.
Gülbəniz Səfərova






