İnsan düşüncələrini oxuya bilən "ağıllı papaq" icad edildi
İnsan düşüncələrini oxuya bilən ağıllı papaq icad edilib.
Patrul.az xəbər verir ki, bu ixtira “SABI” texnologiya şirkəti tərəfindən hazırlanıb.
Cərrahi müdaxiləyə və beyin implantlarına ehtiyacı tamamilə aradan qaldıran, gündəlik papaq formasında dizayn edilən yeni qurğu insan düşüncələrini birbaşa kompüter əmrlərinə və mətnə çevirmək qabiliyyətinə malikdir.
Şirkətin açıqlamasına əsasən, “Sabi Cap” adlanan bu ağıllı papaq ilkin mərhələdə istifadəçinin düşüncələrini dəqiqədə təxminən 30 söz sürətilə mətnə çevirə bilir.
Sistem istifadə zamanı fərdi beyin dalğalarına uyğunlaşaraq zamanla daha yüksək dəqiqlik və sürət əldə etməyi hədəfləyir.
Cihazın funksiyaları yalnız mətn çevirmə ilə məhdudlaşmır. İstifadəçinin sadəcə niyyət və düşüncə siqnalları vasitəsilə ekranda klik etmə, səhifələri sürüşdürmə (scroll) və obyektləri seçmə kimi əməliyyatları yerinə yetirməsi mümkün ola bilər.
Bu funksionallıq xüsusilə iflic və ALS (Amiotrofik Lateral Skleroz) xəstələri üçün xarici aləmlə sərbəst ünsiyyət qurmaq baxımından böyük ümid vəd edir.
Uzun müddətdir gizli rejimdə fəaliyyət göstərən layihənin investorları arasında şirkətinin Baş Məhsul Direktoru (CPO) , həmçinin dünyaca məşhur və vençur fondları da yer alır.






