media-inshot_20260319_133432149

İslam Respublikasının sakinləri artıq 450 saatdan çoxdur ki, xarici dünya ilə əlaqəsiz qalıblar.  Bu, ölkə tarixində ən uzunmüddətli internet kəsintisi hesab olunur.

Patrul.az Beynəlxalq monitorinq xidməti “NetBlocks” a əsasən xəbər verir ki, İran sakinləri təxminən üç həftədir internetə çıxışdan məhrumdurlar.

Qurumun açıqlamasına görə, artıq 20 gündür internet kəsintiləri müşahidə olunur və əhali 456 saatdan çoxdur xarici dünya ilə əlaqə qura bilmir. Bu, əvvəlki kəsintilərdən daha uzun müddət davam edən haldır.

“Kentik” şirkətinin eksperti Daq Madori “The New York Times” qəzetinə bildirib ki, ölkə əhalisinin təxminən 99%-i sabit internet çıxışından məhrumdur. İlk günlərdə bəzi daxili saytlar və tətbiqlər işləsə də, hazırda problemlər hətta milli messencerlərə və bank xidmətlərinə də təsir edib.

Məlumata əsasən, bir çox iranlı xaricdə yaşayan qohumları ilə əlaqə saxlaya bilmir və rəsmi xəbərdarlıqları almaq imkanından məhrumdur. Əhalinin böyük hissəsi ölkədə baş verən hadisələr və mümkün təhlükələr barədə məlumat əldə edə bilmir.

Qeyd olunur ki, yanvar ayında da İran hakimiyyəti mümkün qlobal internetdən ayrılma ehtimalına qarşı hazırlıq görmüşdü.

Aynur Nadirqızı


Bənzər xəbərlər