media-jsjsmk

Bu gün günorta saatlarında İran tərəfindən Naxçıvan Muxtar Respublikasına dron zərbələrinin endirilməsi hadisəsi ölkəmizdə ciddi narahatlıq yaradıb.

Məsələ ilə bağlı Patrul.az-a millət vəkilli Aydın Hüseynov öz fikrini açıqlayıb.

A.Hüseynov  hadisəni qətiyyətlə pisləyir və yolverilməz hesab edir. Onun sözlərinə görə, İran tərəfi bu addımı ilə bağlı ciddi izahat verməli və baş verənlərə aydınlıq gətirməlidir:

media-inshot_20260305_135632352

“Bu proseslər regionda gərginliyi daha da artırmaq potensialına malikdir. Azərbaycan dövləti və Ordusu öz suveren ərazisini qorumağa qadirdir və bu hüququ özündə saxlayır. İran bu məsələlərə diqqətlə və həssas yanaşmalıdır. Regionda gərginliyi artıran hər hansı hərəkət qəbuledilməzdir”, – deyə bildirib.

Aynur Nadirqızı


Bənzər xəbərlər