media-img_7735

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi həftəlik mətbuat konfransında ölkəsinin xarici siyasət gündəmi və regional hadisələrlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Trampın ölkə lideri Xamneyiyə yazdığı məktubun məzmunu və İranın cavabının nə olacağı ilə bağlı suala Bekayi Trampın məktubunu dərc etmək imkanın olmadığını bildirib: “Bu məktubla bağlı mediada yayılan xəbərlər böyük ölçüdə fərziyyə xarakteri daşıyır və qəti əsası yoxdur. Məktubun məzmunu Trampın bu ictimai çıxışlarından uzaq deyil və bu elementlərə əsaslanır”-deyə, o bildirib.

Məktubun araşdırıldığını və daha sonra müvafiq kanallar vasitəsilə cavab verəcəklərini ifadə edən Bekayi, xarici işlər naziri Abbas Erakçinin dünən Omana səfərinin Trampın məktubu ilə bağlı olmadığını bildirib.


Bənzər xəbərlər