media-inshot_20260305_141913597

“Bu, təəssüf doğurucu haldır. Dünən Türkiyəyə, bu gün isə Azərbaycana zərbə endirilməsi qəbuledilməzdir. Bu açıq təxribat və hücumdur. İran bu barədə açıqlama verməli, üzrxahlıq etməli, təzminat ödəməlidir”.

Bunu İran tərəfindən Naxçıvan Hava Limanına və digər ərazilərə bir neçə dronla zərbə endirilməsi bağlı Patrul.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, İran bu hücumla əlaqədar rəsmi bəyanat verib üzrxahlıq etməzsə, Azərbaycan qarşılığını verəcək:

“Hadisəni törədənlər də cəzalandırılmalıdır. Əks halda bu hücuma qarşı olaraq gərəkən cavabı alacaqlar. Azərbaycan dövləti məsələlərə hər zaman soyuqqanlı baxır, milli maraqlara uyğun olaraq qərarlar qəbul edir. Burada insanların təhlükəsizliyi də ən önəmli məsələlərdən biridir. Bu hadisə dövlətimiz tərəfindən araşdırılır, gərəkən cavablar da veriləcəkdir”.

media-inshot_20260305_142053223

Hərbi ekspert hücumlar fonunda Prezident İlham Əliyevin bu yaxınlarda İranın ölkəmizdəki səfirliyində ABŞ və İsrailin hücumları nəticəsində həlak olan İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin ölümü ilə əlaqədar başsağlığı verməsini də xatırladıb:

“Bu, eyni zamanda İranın nankorluğunun göstəricisidir. Azərbaycan heç bir zaman öz ərazisindən qonşu dövlətlərə qarşı istifadə olunmasına imkan verməyib. İranın Ali Dini Lideri həlak olandan sonra Azərbaycan lideri İran səfirliyində dərhal başsağlığı verib. Azərbaycan İrana humanitar yardım etməyə də hazırlaşırdı. İranın bu nankorluğu bağışlanmazdır. Tehran hökuməti qısa müddət ərzində üzr istəməlidir. İran bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir, öz ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini qoruyacaqdır. İranın bu cür xəyanəti dəfələrlə olub. 30 ildən artıq Ermənistanı dəstəkləyərək silahlandırması buna nümunədir. Amma Azərbaycan hər zaman çalışıb ki, qonşuları ilə normal münasibətlər yaratsın. İranın Naxçıvan hava limanını hədəf seçməsi bağışlanmazdır. Tehran bunun cavabını alacaqdır”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər