media-inshot_20250905_144713647

“Tehran və İsrail arasında müharibə ehtimalı çox yüksəkdir”.

Patrulaz.az xəbər verir ki, bu sözləri İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Tehran bölgədə yeni müharibənin qarşısını almağa çalışsa da, İsrailin İrana qarşı təzyiqləri, xüsusən də nüvə məsələsində yaranan vəziyyət gərginliyi daha da artırır. Buna görə də Xətibzadə tərəflər arasında hərbi toqquşma ehtimalının “çox yüksək” olduğunu vurğulayıb.

Diplomat həmçinin İsraillə baş verdiyi iddia olunan 12 günlük toqquşmaya da toxunub. O, müharibənin ilk mərhələsində bir neçə komandanın öldürülməsi səbəbindən təhlükəsizlik problemi yarandığını, lakin qısa müddət ərzində vəziyyətin nəzarətə götürüldüyünü qeyd edib.

Məsələ ilə bağlı isə İsrail tərəfi rəsmi açıqlama verməyib.

Qeyd edək ki, son aylarda İran-İsrail münasibətlərində gərginlik daha da artmaqdadır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər