media-inshot_20250822_111239883

İranda Hormozqan əyalətində ağcaqanadların yaydığı “Denge” adlı qızdırmaya yoluxma halları 15-ə çatıb.

Patrulaz.az xəbər verir ki, bu barədə Hormozqan Tibb Elmləri Universitetinin səhiyyə işləri müavini Yəhya Mirzadə məlumat verib.

Onun sözlərinə görə, ağcaqanadlar rütubətli mühitlərdə, durğun suda yumurtalarını qoyur və kondisionerlərin, çiçək qablarının, eləcə də qayıqların altında toplanan sudan istifadə edə bilirlər. Bu isə xəstəliyin yayılmasına səbəb olur.

Qeyd edək ki, ABŞ-də də ağcaqanadlar vasitəsilə “Denge” qızdırmasına yoluxma hallarına rast gəlinir. Əsasən Havai və Florida ştatlarında yerli infeksiya halları qeydə alınıb, həmçinin səyahət edən şəxslər arasında yoluxmalar müşahidə olunub. Ağcaqanadların durğun su və rütubətli mühitlərdə çoxalması xəstəliyin yayılmasına şərait yaradır.

media-img_20250822_110126_260


Bənzər xəbərlər