media-inshot_20260325_145101283

İranın hüquq-mühafizə orqanları ABŞ və İsrail kəşfiyyat xidmətləri ilə əməkdaşlıqda şübhəli bilinən 30 nəfəri saxlayıb.

Patrul.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata əsasən, əməliyyatlar ölkənin Həmədan, Luristan və Kerman vilayətlərində həyata keçirilib. Saxlanılanlar arasında həm İran vətəndaşları, həm də ikili vətəndaşlığı olan şəxslər yer alır.

Rəsmi açıqlamada bildirilir ki, həmin şəxslər kəşfiyyat məlumatlarının toplanması və xarici xüsusi xidmət orqanlarına ötürülməsi, İran ərazisində təxribatların hazırlanması, silahların daşınmasının təşkili kimi əməllərdə ittiham olunurlar.

Əməliyyat zamanı saxlanılan şəxslərdən 11 ədəd Starlink qurğusu, eləcə də bir neçə ədəd soyuq və odlu silah müsadirə edilib.

Qeyd edək ki, bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ-nin İrana qarşı mümkün quru əməliyyatına təşviq etdiyi barədə məlumatlar yayılmışdı.

Aynur Nadirqızı


Bənzər xəbərlər