media-inshot_20260317_171853506

İsrail tərəfi bildirib ki, İsrail Müdafiə Qüvvələri tərəfindən Tehranda həyata keçirilən “dəqiq zərbə” nəticəsində İran elitasının daha bir mühüm üzvü, “Bəsic” qüvvələrinin komandanı Qolamreza Süleymani öldürülüb.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, zərbə Tehran şəhərində endirilib. Lakin İran rəsmiləri hələlik onun ölümü ilə bağlı məlumatı təsdiqləməyiblər.

“Bəsic” silahlı könüllü dəstələri İslam İnqilabı Keşikçiləri Korpusuna tabedir və ölkə daxilində ideoloji nəzarət, eləcə də rejimin daxili təhlükəsizliyinin qorunması funksiyalarını yerinə yetirir.

Bu qurum xüsusilə İranda hökumət əleyhinə etirazların yatırılmasında aktiv rol oynayır.

Qeyd edək ki, Avropa İttifaqı İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıyıb.


Bənzər xəbərlər