media-inshot_20260306_222727713

“İslam Respublikası rəhbərliyinin varisi üçün iki son namizəd müəyyənləşdirilib, lakin hər iki şəxs bu vəzifəni qəbul etməkdən imtina edib”.

Patrul.az İran mediasına istinadən xəbər verir ki, bunu İran parlamentinin deputatı Möhsün Zəngənə bildirib.

Onun sözlərinə görə, Ekspertlər Şurası ölkənin yeni dini lideri postu üçün iki yekun namizəd müəyyənləşdirib. Lakin hər iki namizəd bu vəzifəni qəbul etməkdən imtina edib.

Deputat buna baxmayaraq, yeni liderin seçilməsi ilə bağlı prosesin davam etdiyini, qərarın isə yaxın bir-iki gün ərzində açıqlanacağını bildirib:

“Yaxın bir-iki gün ərzində yeni lider seçiləcək. Ekspertlər Şurası iki namizəd irəli sürsə də, onlar bu məsuliyyəti üzərinə götürmək istəməyiblər. Hazırda yeni variantlar nəzərdən keçirilir”, – deyə Zəngənə əlavə edib.

Məlumata görə, namizədlərin tərəddüd etməsinin səbəblərindən biri də İsrailin hədələri ilə bağlıdır. İsrail Ayətullah Əli Xameninin malikanəsinə zərbə endirdikdən sonra İranın yeni lideri olacaq şəxsin birbaşa hərbi hədəfə çevrilə biləcəyini açıqlamışdı.

Qeyd edək ki, mümkün varislər arasında hazırkı ali lider Ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneinin də adı çəkilir. ABŞ rəsmiləri isə onun İran rəhbərliyinə gətirilməsini qəbuledilməz hesab etdiklərini bildiriblər. Hazırda ölkə rəhbərliyində varislik məsələsi ilə bağlı müzakirələr davam edir.


Bənzər xəbərlər