media-inshot_20260318_215611562

“İranda heç kimin toxunulmazlığı yoxdur – hər kəs hədəfdir”.

Patrul.az xəbər verir ki, bunu müharibənin 19-cu günündə İsrailin müdafiə naziri İsrael Kats deyib.

O bildirib ki, İsrail ordusuna əlavə təsdiq gözləmədən İrandakı istənilən yüksək vəzifəli şəxsi hədəfə almaq səlahiyyəti verilib və vurğulayıb ki, bundan sonra İranda heç kimin toxunulmazlığı yoxdur.

Qeyd edək ki, bu açıqlama İranın kəşfiyyat naziri İsmayıl Xətib, Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricani və Bəsic qüvvələrinin komandanı Qulamrza Süleymani kimi yüksək rütbəli şəxslərin öldürülməsindən sonra verilib.


Bənzər xəbərlər