İranda hicaba etiraz edən qadın görün nə etdi - VİDEO
İranda məcburi hicaba qarşı çıxan qadın qeyri-adi hərəkətlər edərək etirazını nümayiş etdirib.
Patrulaz.az “Azad İran” telegram kanalına istinadən xəbər verir ki, Şirazda etirazçı qadın yolun ortasında yerləşən bir dirəyə tutunaraq qeyri-adi hərəkətlər edib. Media istifadəçiləri bu hərəkətinin parkur idman növü olduğunu və təxminən 20 ildən sonra İrana gəldiyini bildirirlər. Lakin bu idman növü bir sıra məhdudiyyətlərə baxmayaraq, xüsusilə gənclər və yeniyetmələr arasında geniş yayılıb.
Sosial mediada yayılan görüntülərdə qadının dirəyə tutunaraq etdiyi hərəkətlərin avtomobillərin irəliləməsinə mane olduğu aydın şəkildə görünür.
Qeyd edək ki, son illərdə İranda gənc qızların hicaba qarşı etirazları sosial mediada böyük dəstək almış və ölkə daxilində bu məsələyə qarşı müqavimət artmışdır.
Son dövrlərdə bu kimi hadisələr İranda məcburi hicaba qarşı narazalığın artdığını göstərir.
Gülbəniz Səfərova