İranda Liman partlayışının səbəbi bəlli oldu
Aprelin 26-da İranın Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında 70 nəfərin ölümü ilə nəticələnən partlayışın səbəbi məlum olub.
Patrulaz.az “BBC”yə istinadən xəbər verir ki, İranın daxili işlər naziri Eskandar Momeni partlayışın səbəbi kimi “təhlükəsizlik qaydalarına əməl olunmaması və səhlənkarlıq” faktorunu göstərib: “Bəzi məsul şəxslər artıq dindirilməyə çağırılıb”, – deyə nazir bildirib.
Gömrük orqanları yanan yükün qeydiyyata alınmadığını açıqlayıb. Müdafiə Nazirliyi partlayışın hərbi yüklərlə bağlı olduğunu inkar etsə də, bəzi beynəlxalq mənbələr hadisənin natrium perxlorat maddəsinin düzgün daşınmaması səbəbindən baş verdiyini bildirir.
Qeyd edək ki, partlayış nəticəsində 1500 hektarlıq ərazinin böyük hissəsi ziyan görüb, limanda təmizləmə və bərpa işləri davam edir.
Gülbəniz Səfərova






