media-inshot_20260305_084418032

İsrail və ABŞ İrana zərbələr endirməyə davam edir.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, İranda hücumlar nəticəsində ölənlərin sayı 1000-i keçib.

İsrailin çərşənbə günü həyata keçirdiyi hücumlar paytaxt Tehrana, İranın qərbində yerləşən müqəddəs Qum şəhərinə və ölkənin mərkəzində yerləşən İsfahan əyalətinə də dəyib. Zərbələr nəticəsində yaşayış məntəqələrinə də ziyan dəyib.

İran dövlət mediasının məlumatına görə, şənbə günü başlayan ABŞ-İsrail hücumlarından bəri ölənlərin sayı 1045-ə çatıb.

Xatırladaq ki, ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatı zamanı fevralın 28-də Tehranda yerləşən malikanəyə endirilən zərbə nəticəsində İranın ali dini lideri Ayətullah Əli Xamenei, onun qızı, nəvəsi, gəlini və kürəkəni də daxil olmaqla onlarla yüksək vəzifəli məmur və hərbçi həlak olub.

Gülbəniz Səfərova


Bənzər xəbərlər