media-screenshot_20250916_161441_telegram

İranda yenidən polis maşınına silahlı hücum edilib.

Patrulaz.az “Tasnim News”a istinadən xəbər verir ki, hadisə İranın Sistan və Bəluçistan əyalətinin yerləşən Xaş–Zahedan magistral yolunda baş verib.

Məlumata görə, naməlum silahlı şəxslər polis maşınına atəş açıblar. Hadisə nəticəsində iki təhlükəsizlik əməkdaşı həlak olub, bir nəfər isə yaralanıb.

Hadisə ilə bağlı təhlükəsizlik qüvvələri axtarış və əməliyyat tədbirlərinə başlayıb.


Bənzər xəbərlər