media-inshot_20260325_140159211

İrandakı müharibə və Hörmuz boğazının bloklanması qlobal enerji bazarında böhran yaradıb.

Patrul.az xəbər verir ki, Qətərdən qaz tədarükünün dayandırılmasından sonra Avropa və Asiyada qazın qiyməti iki dəfə artıb, Brent markalı neftin dəyəri isə son üç həftədə 40%-dən çox yüksəlib.

Enerji böhranı planetin hər yerini əhatə edir. Filippinlərdə artıq fövqəladə enerji vəziyyəti elan olunub. Banqladeşdə yanacaq üçün nəhəng növbələr yaranıb, Hindistanda isə yanacaqdoldurma məntəqələri sanki döyüş meydanına çevrilib.

Vyetnamın əsas milli hava daşıyıcısı daxili uçuşları kəskin şəkildə azaldıb. Aviasiya kerosininin qiyməti iki dəfə artıb, çatışmazlıq isə hava nəqliyyatını ciddi çətinliyə salır.

Dünyada maye təbii qaz (MTQ) ixracı son altı ayın ən aşağı səviyyəsinə düşüb. Yalnız mart ayından etibarən tədarük 20% azalıb. Bu, rəqəm 2025-ci ilin sentyabrından bəri ən pis göstəricidir.

Qətərin əsas qlobal qaz istehsalçısı “Qatar Energy” şirkəti İtaliya, Belçika, Cənubi Koreya və Çin üçün uzunmüddətli müqavilələr üzrə fors-major (fövqəladə hallar) elan edib. Bu addım şirkəti gözlənilməz vəziyyətlərə görə öhdəliklərdən azad edir və qlobal energetikada ciddi böhranı göstərir.

“Al Jazeera” xəbər verir ki, “Qatar Energy” şirkəti uzunmüddətli müqavilələr üzrə fövqəladə hallar elan edib, o cümlədən İtaliya, Belçika, Cənubi Koreya və Çin üçün tədarüklər nəzərdə tutulub.

Aynur Nadirqızı


Bənzər xəbərlər