İrandan BƏYANAT: "ABŞ Xameneiyə hücum edərsə, "cihad" müharibəsi başlayacaq"
“İran parlamenti ABŞ-nin Xameneiyə zərbələr endirəcəyi təqdirdə ‘müqəddəs müharibə’ aparacağına söz verib”.
Patrul.az xəbər verir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik komissiyasının yaydığı bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, ABŞ tərəfindən hücum olacağı təqdirdə İran cihad müharibəsinə başlayacaq:
“Ali Rəhbərə qarşı hər hansı hücum bütün İslam dünyasına müharibə elanı deməkdir və bu halda İslam alimləri tərəfindən cihad fərmanı veriləcək, dünyanın hər yerində İslam əsgərlərinin cavabı qaçılmaz olacaq”, – deyə parlament komissiyası bildirib.
Xatırladaq ki, bundan əvvəl də oxşar bəyanat İran Prezidenti Məsud Pezeşkian tərəfindən səsləndirilmişdi. O bildirmişdi ki, Xameneiyə qarşı hər hansı təcavüz İran xalqına qarşı ümumi müharibəyə bərabərdir.
Gülbəniz Səfərova






