İranın ali rəhbəri süni intellektlə yaradılmış qadın səsini "haram" adlandırdı
“Süni intellektlə yaradılmış qadın səsinə qulaq asmaq da haramdır”.
Patrulaz.az “Azad İran” telegram kanalına əsasən xəbər verir ki, bu sözləri İranın ali rəhbəri Əli Xameneyi süni intellekt vasitəsilə yaradılmış musiqidə qadınların səsinin dinlənilməsinədair jurnalistlərin sualına cavabında deyib.
O, qadın səsinin həqiqi insan, yaxud süni intellekt olmasından asılı olmayaraq, haram olduğunu söyləyib:
“Haram hallarda bu səsin mənbəyinin həqiqi insan və ya süni intellekt olması arasında heç bir fərq yoxdur”,- deyə Xameneyi bildirib.
Qeyd edək ki, İranda 1979-cu il İslam İnqilabından sonra qadınların solo ifası və musiqi əsərlərinin yayımı qadağan olunub.
İran mediasında yayılan məlumatlara görə, İran hökuməti son dövrlərdə qadın müğənnilərə qarşı təzyiqləri artırıb. Bir neçə qadın müğənni həbs edilib və onların sosial media hesabları bağlanıb.







