İranın İsrailə gecə zərbəsi nəticəsində 12 nəfər xəsarət alıb
Martın 25-i gecə İranın İsrailin şimalına yönəltdiyi kütləvi zərbə nəticəsində 12 nəfər yaralanıb, 1 nəfər ölüb. Həmin hücumda təxminən 350 kaset tipli mərmi istifadə edilib.
Patrul.az xəbər verir ki, Təbrizdən verilən açıqlamaya görə, hücumun məqsədi kəşfiyyat qərargahları və hərbi idarəetmə bazalarını məhv etmək olub. Lakin Bney-Braq şəhərində raketin birbaşa düşməsi nəticəsində yaşayış binasının bir hissəsi dağılıb. Yaralılardan yarısı uşaqlardır.
“Xilasedicilər hələ də binada kiminsə olub-olmadığını müəyyən etməyə çalışır. Bu binalar çox köhnə və dayanıqsızdır, burada çox insan yaşayır”, – deyə xilasedicilər məlumat veriblər.
Qonşu Petah-Tikva şəhərində də raket qalıqlarının düşməsi nəticəsində dağıntılar qeydə alınıb. İsrail Müdafiə Qüvvələri bildirir ki, İran ordusu yeni tip kaset mərmilərindən istifadə etməyə başlayıb. Bu raketlərin başlığı bir neçə yüz kiloqramlıq ayrı-ayrı mərmilərə bölünür ki, bu da hava hücumundan müdafiə sistemləri üçün ciddi problemlər yaradır.
Bunun fonunda, İsrailin “Dəmir Qübbə” istehsalçısı Almaniyanın Volkswagen konserni ilə danışıqlar aparır. “Financial Times”ın məlumatına görə, şirkət Yaxın Şərqdəki vəziyyət səbəbindən avtomobil istehsalını dayandırıb, raket əleyhinə müdafiə sistemləri istehsalına keçməyi planlaşdırır.
Aynur Nadirqızı






