"İrəvan və Bakı potensial ticarət üçün mal siyahıları mübadiləsi aparırlar" - Paşinyan
“İrəvan və Bakı potensial ticarət üçün mal siyahıları mübadiləsi aparırlar”.
Patrul.az “Sputnik Armenian”a istinadla xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan hökumət iclasından sonra keçirilən brifinqdə deyib.
“Hazırda proseslər davam edir. Ermənistan və Azərbaycan satmaq və ya almaqda maraqlı ola biləcək potensial malların siyahılarını qarşılıqlı şəkildə mübadilə edirlər”, – Paşinyan bildirib.
Hökumətin Azərbaycan benzinini hansı şirkətlərin alacağını necə müəyyən etdiyinə münasibət bildirən Paşinyan qeyd edib ki, bazar əvvəlcədən araşdırılıb və bu fürsəti siyasi oyuna çevirməyəcək sahibkarlara təklif edilib.
“Biz belə bir ehtimalın olduğunu bildirmişdik. Hər iki tərəfdən şirkətlər ‘ səhv etmirəmsə, bizim tərəfimizdən iki şirkət əlaqə qurdu. Lakin ilk partiyanın idxalı zamanı boykot baş verdi. Azərbaycan benzinini satmaqdan imtina edən yanacaqdoldurma məntəqələri şəbəkələri oldu”, – deyə o vurğulayıb.
Paşinyanın sözlərinə görə, bir neçə mərhələdən sonra bazarın və mövcud imkanların hər kəs üçün açıq olduğu aydın olacaq və istənilən şəxs bundan yararlana biləcək.
Xatırladaq ki, ötən ilin dekabr ayında bir neçə onillikdən sonra ilk dəfə olaraq Ermənistana Azərbaycan benzini çatdırılıb. Belə ki, Gürcüstan ərazisindən tranzitlə 1200 ton neft məhsulu daşınıb.






