media-5e12c322-62d8-4d63-93e1-0f4b764919a9

Xəbər verdiyimiz kimi, portuqaliyalı futbolçu Kristiano Ronaldo sentyabrın 4-də gecə saatlarında futbol üzrə Portuqaliya milli komandası ilə 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi oyununu keçirmək üçün Ermənistana gəlib.

Patrulaz.az sosial şəbəkələrdə yayılan görüntülərə əsasən xəbər verir ki, Ronaldo zala daxil olarkən ona yaxınlaşaraq şəkil çəkdirmək istəyən ermənini sərt şəkildə itələyib. Daha sonra isə azarkeş mühafizəçilər tərəfindən uzaqlaşdırılıb. Ulduz futbolçunun bu hərəkəti erməni mediasında birmənalı qarşılanmayıb.

Xatırladaq ki, bu hadisədən əvvəl Ronaldonu “Zvartnots” hava limanında qarşılayarkən, ermənilərindən bəziləri “Messi” deyə qışqırmışdılar.

Hadisə anının görüntülərini təqdim edirik:

 


Bənzər xəbərlər