"İşlərini çatdırmırsan?" - Vaxtı doğru idarə etməyin 5 SİRRİ
Gündəlik işlər və fəaliyyətlərlə məşğul olanda vaxtın necə sürətlə keçdiyini çox zaman hiss etmirik. Xüsusilə ağır iş qrafiki olanlar tələskənlik, işlərin yığılması və stresslə üzləşirlər. Bəs vaxtı balanslı idarə etmək, yəni vaxtın səni deyil, sənin vaxtı idarə etməyin üçün nə etmək lazımdır?
Patrulaz.az vaxtı idarəetmənin effektiv 5 metodunu təqdim edir:
1. Prioritetlərin müəyyənləşdirilməsi (Eisenhower Metodu)
Hər gün görüləcək işlərin siyahısını tərtib edin və onları vaciblik və təcillik dərəcəsinə görə dörd kateqoriyaya bölün:
– Təcili və vacib işlər
– Vacib, amma təcili olmayan işlər
– Təcili, amma vacib olmayan işlər
– Nə təcili, nə də vacib olan işlər
Məsələn, bir layihənin təqdimat tarixi yaxınlaşırsa, bu iş təcili və vacib sayılır. Onun üzərində öncə işləyin, amma sosial şəbəkələrdə vaxt keçirmək kimi təcili olmayan işləri sonrakı mərhələyə saxlayın.
2. Pomodoro texnikası
Bu metod iş və istirahət vaxtını bölür: 25 dəqiqə tam konsentrasiya ilə işləyirsiniz, sonra 5 dəqiqə fasilə verirsiniz. 4 belə dövrdən sonra isə daha uzun (15-30 dəqiqə) fasilə edin. Məsələn, yazı işi ilə məşğul olan jurnalist 25 dəqiqə məqalə üzərində işləyib, 5 dəqiqə qısa gəzinti edə bilər. Bu üsul diqqətin dağılmasının qarşısını alır və məhsuldarlığı artırır.
3. “Yox” deməyi öyrənmək
Bəzən vaxt itkisinin əsas səbəbi başqalarının tələb və tapşırıqlarını qəbul etməkdir. Öz prioritetlərinizi qoruyaraq, lazımsız işlərə “yox” demək vaxtınızı qorumağa kömək edir. Misal olaraq, əgər gününüz çox sıxdırsa, əlavə görüş və ya vəzifələri qəbul etməmək sizi stressdən qoruyar.
4. Gündəlik planlama və vaxt blokları yaratmaq
Gündəlik işləri vaxt bloklarına bölmək işə fokuslanmanı artırır. Məsələn, səhər saatlarını kreativ işlərə, günorta saatlarını isə administrativ işlərə ayırmaq. Beləliklə, müəyyən vaxtlarda konkret işə fokuslanaraq, vaxtın boş-boş keçməsinin qarşısını alırsınız.
5. Texnologiyadan səmərəli istifadə
Vaxt idarəetmə üçün çoxlu proqram və tətbiqlər mövcuddur. Məsələn, Trello, Todoist, Google Calendar kimi alətlər işlərinizi sistemləşdirir, xatırlatmalar göndərir və prioritetləri göstərir. Bu tətbiqlərdən istifadə ilə işlərinizi vaxtında tamamlamaq asanlaşır və qarışıqlıq azalır.
Vaxtınızı idarə etməyi öyrənmək həm işdə, həm də şəxsi həyatda balans yaratmağa kömək edir. Bu metodları gündəlik həyatınıza tətbiq etməklə daha məhsuldar iş görər və stresssiz həyata yaşaya bilərsiniz.






