İsrail ordusunun Cənubi Livana fosfor bombası ilə hücum etdiyi iddia olunur - VİDEO
İsrail ordusunun Cənubi Livan ərazisini fosfor bombası ilə vurduğu iddiaları gündəmə gəlib.
Patrul.az xəbər verir ki, yerli mənbələr və bəzi beynəlxalq media qurumları hücum nəticəsində bölgədə güclü partlayışların və yanğınların baş verdiyini bildirir.
Məlumatlara görə, istifadə edildiyi iddia olunan fosfor tərkibli sursatlar əraziyə düşdükdən sonra geniş sahədə alovlanma yaradıb. Hadisə nəticəsində ətraf mühitə və mülki obyektlərə zərər dəydiyi barədə məlumatlar yayılıb.
Bununla belə, məsələ ilə bağlı İsrail ordusu tərəfindən rəsmi təsdiq və ya ətraflı açıqlama verilməyib. Beynəlxalq təşkilatların və insan haqları qurumlarının isə hadisəni araşdırdığı bildirilir.
Hadisə regionda onsuz da gərgin olan vəziyyəti daha da diqqət mərkəzinə gətirib.






