media-photo-output

Sumqayıt şəhəri 45-ci məhəllədə küçə ticarəti ilə məşğul olanlar piyadalar üçün nəzərdə tutulmuş səkini zəbt ediblər. Gördüyünüz bu görüntüləri Patrul.az redaksiyasına Sumqayıt şəhər sakini göndərib.

Görüntülərdən də göründüyü kimi, həqiqətən də qeyri-qanuni küçə ticarəti ilə məşğul olunub. Alver üçün qurulan piştaxtalar həm yolun bir hissəsinə çıxıb, həm də səkinin böyük hissəsini zəbt edib.

Vətəndaşlar isə ərazidən keçməkdə çətinlik çəkirlər. Görünən vəziyyət isə budur.

Ümid edirik ki, məsələyə aidiyyəti qurumlar aydınlıq gətirəcək və baş verən qanunsuzluqlar aradan qaldırılacaq.


Bənzər xəbərlər