İsrail polisi məsciddə türk turistləri döyüb
İsrail polisi işğal altındakı Şərqi Qüdsdə Məscidül-Əqsada Merac Qəndili keçirmək istəyən türk turistləri döyüb və saxladıqları 3 nəfərdən birini deportasiya edib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail polisi Məscidül-Əqsada Merac gecəsini keçirmək istəyən Türkiyə vətəndaşlarına gün boyu çətinlik yaradıb. 15 yaşlı türkü döyən İsrail polisi, axşam saatlarında türk-alman ikili vətəndaş cütlüyü saxlayıb.
Bildirilib ki, bu gün səhər saatlarında İsrail polisi tərəfindən saxlanılan daha bir Türkiyə vətəndaşına qarşı Məscidül-Əqsanın da daxil olduğu “İçərişəhər ərazisinə giriş qadağası” tətbiq edilib.
Axşam saatlarında Əl-Əqsa məscidinin həyətində baş verən başqa bir hadisədə isə Əqsaya basqın edən İsrail polisi Türkiyə vətəndaşını döyüb.