“İsrail-HƏMAS müharibəsində atəşkəs əldə edilməsi çox vacib əhəmiyyətə malikdir. Bu dəfə başlayan İsrail-Həmas qarşıdurmasının müddəti də daha uzun oldu. Tarixin müxtəlif dövrlərində, xüsusilə sonuncu əsrdə İsrail-Fələstin qarşıdurması Həmasın yaranması ilə daha gərgin hal almış və İsrail-HƏMAS müharibəsi kimi davam edirdi. Bu əsr boyunca müxtəlif zamanlarda ortaya çıxmış qarşıdurmalarda sonuncu İsrail-HƏMAS müharibəsi insan itkiləri, təlafat və dağıntıların miqyasına görə digərlərindən daha böyük miqyaslı oldu”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

O bildirib ki, hər iki tərəf qarşıdurmanı bu formada davam etdirməyin doğru olmadığını başa düşür: “Çünki münasibətlər sistemi baxımından qarşıdurmanın bu formada davam etməsi hər iki tərəfdən əsirlərin sayının artmasına və insan itkilərinin də pik həddə çatmasına səbəb olur.

İsrail ilə HƏMAS arasında əldə edilən razılaşma Yaxın Şərqdə problemin kökündən həlli demək deyil. Çünki sözügedən qarşıdurmanın kökündə təkcə ərazi problemi dayanmır, burada çox ciddi ideoloji səbəblər var. İndiki vəziyyət isə deməyə əsas verir ki, iki ölkə arasındakı qarşıdurma əldə edilən razılaşma müvəqqətidir. İsrail və HƏMAS-ın əbədi sülhə gəlməsi hazırkı şərtlər daxilində real görünmür”.


Bənzər xəbərlər