İsraildə böyük meşə yanğınları baş verib
İsraildə böyük meşə yanğını baş verib.
Patrulaz.az “Xarici KİV”ə istinadən xəbər verir ki, yanğın Qüds və Təl-Əviv arasındakı meşəlik ərazidə başlamış və sürətlə genişlənmişdir.
İsrail Yanğınsöndürmə İdarəsinin Qüds regional direktoru Şmulik Fridman hadisə ilə bağlı mətbuata verdiyi açıqlamada bildirib ki, bu ölkənin indiyə qədər gördüyü ən böyük yanğındır.
Yanğın nəticəsində 5 yaşayış məntəqəsi boşaldılıb.
Hadisə ilə əlaqədar İsrail altı xarici ölkədən yardım istəyib.
Yunanıstan, Xorvatiya, İtaliya, Cənubi Kipr və Rum da daxil olmaqla, bu ölkələrdən yanğının söndürülməsi ilə bağlı yardım alınıb.
Fridman yanğının nəzarət altına alınmasının hələ mümkün olmadığını, buna baxmayaraq 12 yanğınsöndürmə təyyarəsi və 50 nəfərlik xilasetmə qruplarının mübarizə apardıqlarını qeyd edib.
Gülbəniz Səfərova






