İsrailli deputat: Oğlum hərbi xidmətdənsə, həbsxanaya getməyə hazırdır
İsraildəki Ultra Ortodoks Yəhudilərin (Haredi) Şas partiyasından olan millət vəkili Yosef Taib oğlunun İsrail ordusunda xidmət etməkdənsə, həbs olunmağa hazır olduğunu bildirib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Taib yerli radioya verdiyi müsahibədə oğlunun İsrail ordusunda xidmətə qarşı olduğunu bildirib. Hətta oğlunun əsgərliyə getməkdənsə, həbsxanaya getməyi belə gözə aldığını ifadə edib.
Qeyd edək ki, İsrail Ali Məhkəməsi iyunun 25-də Haredi kişilərinin məcburi hərbi xidmətdən azad edilməsi üçün heç bir hüquqi əsas olmadığına və hərbi xidmətə uyğun olanların işə götürülməsinə qərar verib .