media-a6c31c61-39cb-4f70-8d16-306da4cceebd

İstanbulda təcili tibbi yardım maşınları üçün yeni sistem istifadəyə verilir. Bu yenilik sayəsində ambulanslar hadisə yerinə tələsərkən yaxınlıqdakı avtomobillərin radiosuna xüsusi siqnal göndərəcək. Radionu açıq olan sürücülər “Lütfən yaxınlaşan təcili tibbi yardım maşınına yol verin” məzmunlu xəbərdarlıq eşidəcəklər.

Patrulaz.az xəbər verir ki, layihənin məqsədi təcili tibbi yardım maşınlarının yollarda daha sürətli hərəkət etməsinə şərait yaratmaq və gecikmələrin qarşısını almaqdır. Yeni sistem həm yol hərəkəti təhlükəsizliyini artıracaq, həm də təcili tibbi yardımın hadisə yerinə vaxtında çatmasına kömək edəcək.


Bənzər xəbərlər