İstanbulda turistə qarşı qeyri-etik davranış edən dondurma satıcısı barədə tədbir görüldü - VİDEO
İstanbulun turizm mərkəzlərindən biri olan Beyoğluda dondurma satıcısı qadın turistə “konus oyunu” adı ilə narahatedici hərəkətlər edib.
Patrulaz.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə satıcının “konus oyunu” adı ilə qadın turisti yaxın məsafəyə çəkməyə çalışdığı, daha sonra isə dondurmanı onun sinəsinə toxunduraraq qeyri-etik davranış sərgilədiyi əks olunub.
İctimai qınağa səbəb olmuş hadisədən dərhal sonra Beyoğlu Bələdiyyəsi həmin müəssisənin fəaliyyətini dayandıraraq, obyekti möhürləyib.
Qeyd edək ki, “Konus oyunu” Türkiyədə dondurma satıcılarının ənənəvi nümayiş formasıdır. Satıcı dondurmanı müxtəlif hiylələrlə müştəriyə verməyərək onu əyləndirməyə çalışır. Lakin bu oyunun sərhədləri aşaraq şəxsi sərbəstliyə müdaxilə etməsi qınaqla qarşılanır.
Gülbəniz Səfərova