media-inshot_20250711_231503709

İsti havalarda qara geyimdən uzaq durmaq məsləhət görülür. Bunun əsas səbəbi isə bu rəngin istiliyi daha çox udmasıdır.

Patrulaz.az qara geyimin isti havalarda təhlükəli olmasının səbəblərini ətraflı araşdırıb.

Qara rəng istiliyi “əmib saxlayır”

Günəş şüaları yerə düşəndə parlaq və açıq rəngli geyimlər bu şüaların böyük hissəsini əks etdirir, yəni geri qaytarır. Amma qara və tünd rənglər işığı udur və istiliyi bədənin üzərində saxlayır. Bu da bədənin daha çox isinməsinə və tərləməsinə səbəb olur.

Bədən temperaturu sürətlə artır

Qara geyimlə günün altında gəzdikcə, bədən səthindəki istilik yüksəlir. Bu isə:

-baş gicəllənməsi

-zəiflik

-günvurma kimi ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Dəri və günəş yanığı riski artır

Tünd rəngli geyimlər dərinin temperaturunu da artırdığı üçün günəş yanığı riski də yüksəlir. Xüsusilə sentetik parçalı tünd geyimlər dəriyə nəfəs almağa imkan vermir və bu, daha da təhlükəlidir.

Tərləmə və pis qoxular

Qara geyim altında bədən daha tez tərlədiyi üçün:

-Geyim nəmli qalır,

-Pis qoxu yaranır,

-Hətta göbələk və dəri infeksiyaları riski artır.

Bəs belə havalarda nə geyinməliyik?

İsti havalarda aşağıdakılara üstünlük vermək tövsiyə olunur:

-Açıq rənglər (ağ, bej, açıq mavi, sarı)

-Təbii parçalar (pambıq, kətan)

-Geniş və nəfəs alan paltarlar

-Şlyapa və gün eynəkləri (günvurma riskini azaltmaq üçün)

Ləman Sərraf


Bənzər xəbərlər