İsveçdən Ukraynaya 126 milyon avro yardım
Ukrayna ABŞ və Rusiya yaxınlaşmasının kölgəsində Avropa ölkələrindən dəstək alır.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, İsveçin Beynəlxalq İnkişaf Əməkdaşlıq və Xarici Ticarət naziri Benjamin Dousa Ukraynaya yenidənqurma və inkişaf, habelə təcili humanitar ehtiyaclar üçün 126,4 milyon avro yardım edəcəklərini açıqlayıb. Dousa mətbuat konfransında Ukraynaya dəstəyin İsveçin təhlükəsizliyi ilə yanaşı həmrəylik məsələsi olduğunu bildirib: “Son bir neçə həftə asan olmayıb. Əvvəllər heç vaxt aydın deyildi ki, biz artıq dünyanın Ukraynaya dəstəyini təbii qəbul edə bilməyəcəyik”-deyə, o bildirib.
Dousanın İsveçin bu günə qədərki ən böyük mülki yardım proqramı kimi təsvir etdiyi yardım paketinə infrastrukturun yenidən qurulması, eləcə də minalardan təmizlənməsi və tibb işçilərinin təlimi üçün dəstək daxildir.