İzmirdə yol mübahisəsi baltalı davaya çevrildi - VİDEO
Türkiyənin İzmir şəhərində yol hərəkəti zamanı başlayan mübahisə baltalı hücuma çevrilib.
Patrulaz.az “Türkiyə mediasına” istinadən xəbər verir ki, iki sürücü arasında yaşanan mübahisə nəticəsində onlardan biri avtomobilindən düşərək digərinə əvvəlcə bıçaq, sonra isə balta ilə hücum edib. Hadisə ərazidəki vətəndaşlar tərəfindən mobil telefonla lentə alınıb.
Görüntülərdə tərəflər arasında fiziki qarşıdurma, hücum edən şəxsin baltanı əlində tutaraq digər sürücüyə xəsarət yetirməyə çalışması və ətrafdakı insanların müdaxilə cəhdləri aydın görünür.
Qeyd edək ki, baltalı hücumdan sonra hadisəni törədən şəxs hadisə yerindən qaçaraq uzaqlaşıb.
Yaralanan sürücü isə xəstəxanada müalicə aldıqdan sonra evə buraxılıb. Hücum edən şəxsin isə axtarışları davam etdirilir.
Gülbəniz Səfərova






