media-inshot_20250918_225722723

Türkiyənin “Fənərbaxça” klubundan ayrıldıqdan sonra “Benfika”ya keçən portuqaliyalı mütəxəssis Joze Mourinyonun Lissabondakı əməkhaqqısı açıqlanıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Mourinyo “Benfika” ilə illik 6 milyon avro maaş müqabilində razılığa gəlib. Portuqaliyalı çalışdırıcının 2027-ci ilə qədər qüvvədə olacaq müqavilə imzalayacağı gözlənilir.

Mourinyo yeni klubuna transferi ilə bağlı da açıqlama verib:

“Benfika məndən bu vəzifə ilə maraqlanıb-maraqlanmadığımı soruşdu. Mən də “Bəli” dedim. Onlarla görüşməkdən məmnun oldum”,- deyə o bildirib.

Qeyd edək ki, Mourinyo “Fənərbaxça”ya rəhbərlik etdiyi dövrdə 10 milyon avrodan çox illik maaş alırdı.

Xatırladaq ki, 28 avqustda Mourinyonun rəhbərliyi altında “Fənərbaxça” UEFA Çempionlar Liqasının pley-off mərhələsində məhz “Benfika”ya 0:1 hesabı ilə uduzaraq turnirdən kənarda qalmış, Avropa Liqasına düşmüşdü. Ardınca, 29 avqustda məşqçi klubdan ayrılmışdı. Hazırda isə Mourinyo “Benfika”ya rəhbərlik etməyə başlayıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər