media-inshot_20260326_174317998

Mayami Universitetinin astrofiziklərinin apardığı tədqiqat ilkin qara dəliklərin mövcudluğunu təsdiqləmək və onların qaranlıq maddənin izahında rolunu anlamaq istiqamətində əhəmiyyətli addım ola bilər.

Patrul.az xəbər verir ki, bu barədə açıqlamanı “Science X” portalı məlumat verib.

İlkin qara dəliklərin nəzəriyyəyə görə böyük partlayışdan dərhal sonra əmələ gəlmiş olması ehtimal olunur, lakin indiyə qədər onlar yalnız hipotetik obyektlər kimi (mövcudluğu və reallığı təsdiqlənməmiş obyektlər) qalırdılar.

Əgər onların mövcudluğu təsdiqlənərsə, bu, kainatdakı bir çox kosmoloji sirlərin, o cümlədən ümumi maddənin təxminən 85%-ni təşkil edən qaranlıq maddənin təbiətinin izahına kömək edə bilər.

2024-cü ilin noyabrında LIGO rəsədxanası günəşdən kiçik kütləyə malik bir qara dəliklə əlaqəli siqnal qeydə alıb. Alimlər bildirirlər ki, bu kəşf ilkin qara dəliyin mümkün aşkar olunması ilə bağlıdır, lakin siqnalın səhv olmadığını təsdiqləmək üçün əlavə tədqiqatlara ehtiyac var.

“Biz kainatda neçə ilkin qara dəliyin mövcud ola biləcəyini və onların nə qədərinin LIGO tərəfindən aşkarlana biləcəyini təxmin etməyə çalışdıq. Nəticələrimiz ümidvericidir. Təxmin edirik ki, günəşdən kiçik kütləyə malik qara dəliklər, LIGO-nun mümkün müşahidə etdiyi kimi, həqiqətən nadirdir və bu, indiyədək bu cür hadisələrin az müşahidə olunması ilə uyğun gəlir,” – deyə doktorant Alberto Magarajia bildirib.

Tədqiqatçılar ümid edirlər ki, gələcək tədqiqatlar qaranlıq maddə haqqında yeni məlumatlar verəcək. Növbəti addımlar ilkin qara dəliklərin kosmologiyaya və qaranlıq maddəyə təsirini araşdırmaq, həmçinin LISA kimi yeni texnologiyalardan istifadə etməkdir. LISA 2035-ci ildə işə başlayacaq və LIGO-dan 10 dəfə həssas olacaq.

“Science X” qara dəliklərin böyüməsinin ləngimə səbəbini də açıqlayıb. Astronomların araşdırmasına görə, kainat yaşlandıqca superkütləvi qara dəliklər sürətlə maddə udmaq qabiliyyətini itirir, çünki soyuq qaz kifayət qədər mövcud olmur.

Aynur Nadirqızı


Bənzər xəbərlər