"KamAZ" sürücüsü yolda təhlükə yaratdı, həbs edildi - VİDEO
Bakı-Quba yolunda hərəkət iştirakçıları üçün real təhlükə yaradaraq təhlükəli manevrlər edən “KamAZ” markalı, 10-LK-628 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Şöhrət Gülmirzə oğlu Kamilov stasionar postda xidmət aparan YPX əməkdaşlarının “saxla” tələbinə qəsdən əməl etməyərək hərəkətini davam etdirib.
Patrulaz.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb:
“Qısa müddət ərzində yol patrul xidməti əməkdaşlarının operativ tədbirləri ilə nəqliyyat vasitəsi saxlanılıb.
Yoxlama zamanı sürücünün həmçinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşdığı müəyyən edilib.
Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və məhkəmə qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını qaydalara ciddi riayət etməyə və yollarda təhlükəsizliyi qorumağa çağırır”.






