“Amerika Birləşmiş Ştatlarında Bayden adminstrasiyası hakimiyyətdə olduğu müddət ərzində anti-Azərbaycan siyasəti ilə seçilirdi. Bu Azərbaycan vətən müharibəsi ilə öz torpaqlarını işğaldan azad etdikdən sonra daimi olaraq Amerika rəsmilərinin ölkəmiz əleyhinə verdiyi bəyanatlarda da özünü göstərirdi. Məsələn, I Qarabağ Dinləmələrində sanksiya çağırışı, II Qarabağ Dinləmələrində anti-Azərbaycan bəyanatlarında, o cümlədən sanksiyaların çağırışında və digər bütün addımlarda ABŞ-ın siyasəti özünü göstərib”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Polad Mehdiyev deyib.

O bildirib ki, ABŞ Azərbaycan-Ermənistan sülh sazişi məsələsində isə ermənipərəst mövqeyi ilə seçilib:

“Bayden adminstrasiyası hakimiyyətdən getməmişdən öncə Ermənistanla strateji tərəfdaşlıq haqqında xartiya imzaladılar. Sözügedən sənəddən Ukrayna və Gürcüstanda da imzalanıb. Həmin sazişlər dövlətlərin suverenliyinin qorunmasına kifayət etmədi.

Ermənistanla imzalanmış sazişdə keçmişdəki müxtəlif sənədlərə əsaslanır, lakin həmin sənədlərin heç biri gerçəyi əks etdirmir. Buradakı məqsəd ABŞ-ın keçmiş hakimiyyətinin erməni lobbisindən dəstək qazanması idi. Bütün bunlar keçmiş ABŞ adminstrasiyasının Azərbaycanla bağlı qüsurlu siyasətinin nəticəsidir. Ümid edirik ki, Tramp adminstrasiyası eyni səhvləri təkrarlamaz”.


Bənzər xəbərlər