Keçmiş deputatlığa namizəd narkotik yetişdirdiyinə görə həbs edildi
Qazax seçki dairəsindən Azərbaycan Xalq Cəbhəsi Klassik Partiyasından deputatlığa keçmiş namizəd Şöhrət Məmmədzadə saxlanılıb.
Patrulaz.az xəbər verir ki, Qazax rayonunun Cəfərli kənd sakini olan Məmmədzadənin yaşadığı evin həyətində kənd təsərrüfatına qulluq edilərək yetişdirilən narkotik tərkibli çətənə kolları aşkar edilib.
İstintaqın gedişində onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu müəyyən edilib. Cinayət işi açılıb, məhkəmə qərarı ilə Şöhrət Məmmədzadə barəsində həbs-qətimkan tədbiri seçilib.






