"Keçmişdə qızla gəlinin fərqi qaşlarından bilinirdi" - Nazilə Səfərli
“Keçmişdə qızla gəlinin fərqini qaşlarının alınmağından bilirdilər”.
Patrulaz.az xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli deyib.
N.Səfərli ölkəmizdə əvvəlki zamanlarda keçirilən xına gecəsi adət-ənənəsindən danışıb:
“Məhz xına gecəsi gəlinin qaşları səliqəli olduqda o artıq atasından, qardaşından – evindəki kişilərdən həya edərdi və üzünün duvağını örtərdi ki, onu ailəsindən heç bir əks cinsin nümayəndəsi görməsin. Sabahın səhəri isə dan sazı çalınanda qız ata minib gəlin köçərdi. Bu da o demək idi ki, bizim qızımızda, soyumuzda abır var”, – deyə şairə bildirib.






