media-inshot_20260202_212642532

Məşhur türkiyəli sosial media fenomeni Kerimcan Durmaz həbs edilib.

Patrul.az xəbər verir ki, Kerimcan Durmaz “qanunsuz qumara təhrik etmə” ittihamı ilə – reklam və digər vasitələrlə şəxsləri idman yarışlarına əsaslanan sabit əmsallı və ya qarşılıqlı mərc oyunlarında, eləcə də şans oyunlarında iştirak etməyə təhrik etmə cinayətində təqsirli bilinərək 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Kerimcan Durmaz 8 yanvar 2025-ci ildə “qanunsuz qumara təhrik etmə” ittihamı ilə həbs edilmiş, 20 fevral 2025-ci ildə isə azadlığa buraxılmışdı.

Qeyd edək ki, məhkəmə həmçinin Kerimcan Durmaza qarşı tətbiq edilmiş “xaricə səyahət qadağası” şəklində məhkəmə nəzarəti tədbirinin qüvvədə saxlanılmasına qərar verib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər