media-inshot_20260109_214344533

Son illərdə kibertəhlükəsizlik sahəsinə maraq xeyli artıb və insanlar bu sahəyə üstünlük verməyə başlayıblar, çünki informasiya təhlükəsizliyi getdikcə önəmli mövzuya çevrilir. Lakin sahədə işə qəbul zamanı yalnız diplom sahibi olmaq hər kəsi avtomatik “kibermütəxəssis” etmir və real bacarıq tələb olunur.

Bəs hər diplom sahibi kibertəhlükəsizlik sahəsində peşəkar sayılırmı?

Bu barədə İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Patrul.az-a açıqlamasında bildirib ki, kibertəhlükəsizlikdə uğur diplom, praktiki bacarıq və davamlı özünüinkişafın balansından asılıdır:

“Kibertəhlükəsizlikdə uğur diplom, praktik bacarıq və davamlı özünüinkişaf balansından yaranır. Təbii ki, bu 3 məqamın hamısı reallıqda hamıda olmaya bilir. Sahədə fəaliyyət göstərən rəsmi ixtisası başqa olsa da, özünü bu sahədə kifayət qədər yetişdirib, karyera mərhələlərndə yüksək yerlərə gələn şəxsləri də müşahidə etmək mümkündür. Ona görə də bu məsələni mən əsasən istək və istedadla əlaqələndirirəm. Amma mükəmməl üçlüyün üstünlük olduğu da istisna deyil.

Diplom kibertəhlükəsizlik sahəsi üçün, bir çox üstünlüklər verir. Fundamental biliklər, şəbəkənin əsasları, əməliyyat sistemləri, kriptoqrafiyanın əsasları, akademik düşüncə tərzi, risk analizi, metodologiya, sənədləşmə, HR mərhələsini keçmək üçün ilkin filtr. (xüsusən dövlət və korporativ qurumlarda)”.

media-img-20260109-wa0091-1

Ekspert vurğulayır ki, özünü yetişdirənlər real təcrübə ilə güclü ola bilərlər, amma diplom və praktiki bacarıq birlikdə ən effektiv kombinasiyanı yaradır:

“Özünü yetişdirənlər daha yaxşı ola bilərmi? Sualı ortaya çıxa bilər. Bəli, çox vaxt ola bilirlər, amma bir şərtlə ki, etik və sistemli şəkildə öyrənirlərsə. Onların güclü tərəfləri odur ki, real problemlərlə işləyirlər (CTF, lablar, bug bounty), hücumçu kimi düşünmə bacarığı yüksəkdir, yeni zəifliklərə və texnologiyalara daha tez adaptasiya olurlar. Amma, teorik baza zəif ola bilər, Hüquqi və etik çərçivələrə bəzən laqeyd yanaşılır, böyük sistemlərdə sənədləşmə və risk idarəsi çətin gələ bilər. Unutmamalıyıq ki, tək diplom, yetərli deyil. Diplom və real bacarıq ən güclü kombinasiyadır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər