Kim Kardashian ChatGPT ilə söhbətini paylaşdığına görə tənqid atəşinə tutuldu
Amerikalı televiziya ulduzu, biznesmen Kim Kardashian süni intellektlə etdiyi şəxsi yazışmanı Instagramda paylaşması narazılıqla qarşılaıb.
Patrulaz.az “BuzzFeed News”a istinadən xəbər verir ki, söhbət Kardashianın ChatGPT-yə təşəkkür etməsi və alqoritmin ona anlayışla cavab verməsindən gedir. O, AI ilə yazışmasında “Cavabdehlik göstərdiyin üçün təşəkkür edirəm. Bu böyük addımdır…”,- sözlərini qeyd edib. Süni intellekt isə ona belə cavab verib: “Bunu dediyin üçün minnətdaram… Hər hansı şübhə olsa, mən buradayam”.
Qeyd edək ki, Kardashianın bu paylaşımı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər bunu emosional dəstək axtarışı kimi qiymətləndirsələr də, digərləri süni intellektin insanlara təsirini misal çəkərək bu cür “AI-dramatizmini” tənqid ediblər.
Qeyd edək ki, Kim Kardashian texnologiyaya ilə marağı ilə bağlı tez-tez gündəmə gəlir.
Gülbəniz Səfərova






