Kiyevdə Azərbaycan səfirliyinin ətrafı raket atəşinə tutuldu - FOTOLAR
Ukraynanın paytaxtı Kiyevdə və digər vilayətlərdə Rusiya Silahlı Qüvvələrinin həyata keçirdiyi kütləvi raket hücumları nəticəsində ciddi dağıntılar qeydə alınıb.
Patrulaz.az “Report”a əsasən xəbər verir ki, paytaxtın Şevçenko, Salomonsk, Qolosevskiy, Darnitsa və digər rayonlarında infrastruktur obyektləri və yaşayış binaları zərər görüb.
Hücumlar zamanı Azərbaycan səfirliyinin yerləşdiyi binanın ətrafı da raket atəşinə tutulub. Səfirliyin binasına birbaşa ziyan dəyməsə də, yaxınlıqdakı tikililərə ciddi zərər yetirildiyi bildirilib.
Hazırda hadisə nəticəsində ölən və yaralananların olduğu açıqlanıb. Lakin hücumların dəqiq miqyası və tələfatla bağlı rəsmi məlumat hələ verilməyib.







